Netanyahu Qəzza ilə bağlı müharibədən sonrakı planını açıqladı

15:36 23 Fevral 2024

Netanyahu Qəzzada müharibədən sonrakı planını hökumətə təqdim edib. Plana görə, Qəzzanın yenidən qurulması bölgənin tərksilah edilməsindən sonra başlayacaq, orada UNRWA bağlanacaq, İsrail isə təhlükəsizliklə bağlı Qəzza və İordan çayının qərb sahilində hərəkət azadlığını qoruyacaq.

Sitat.info xəbər verir ki, İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamaya görə, Netanyahunun dünənki kabinet iclasında təqdim etdiyi plan “Qəzza zolağının tərksilahı, İsrailin təhlükəsizlik üçün hərəkət azadlığının qorunması və Birləşmiş Millətlər Təşkilatının (BMT) işlərə dəstəyidir. Yaxın Şərqdə Fələstinli Qaçqınlar üzrə Agentliyin (UNRWA) bağlanması da plandadır”.

Plana görə, İsrail Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində təhlükəsizlik və hərbi məsələlərdə hərəkət azadlığını qoruyub saxlayacaq və ABŞ-ın koordinasiyası ilə Misir-Qəzza sərhədində bufer zonası yaradaraq “qaçaqmalçılıq cəhdlərinin” qarşısını alacaq. .

Netanyahunun hökumətə təqdim etdiyi yol xəritəsinə görə, Qəzzanın mülki idarəsi “idarəetmə bacarığı olan peşəkarlar” tərəfindən həyata keçiriləcək; Bu insanlar “terrora dəstək verən dövlət və təşkilatlarla bağlı olmayacaqlar” və maaşlarını onlardan almayacaqlar.

İsrail mərkəzi Ramallahda olan beynəlxalq qanuni Fələstin rəhbərliyini “terrora dəstək verməkdə” ittiham edərək, yol xəritəsindəki bu maddə ilə onu Qəzza rəhbərliyindən çıxarmağı hədəflədiyinə diqqət çəkib.

Baş nazir Netanyahunun kabinetə təqdim etdiyi yol xəritəsinə görə, İsrail də UNRWA-nın bağlanması üçün çalışacaq.

BMT agentliyinin yerinə beynəlxalq yardım təşkilatlarının işləyəcəyi vurğulanan planda, Qəzza zolağının yenidən qurulmasına “Qəzzanın tam tərksilah edilməsi və radikallaşmanın aradan qaldırılmasından” sonra başlanacağı bildirilir. 

 Qeyd olunub ki, İsrail siyasətçiləri "HƏMAS və İslami Cihadın hərbi bacarıqlarını məhv etmək, Qəzzada israilli məhbusları azad etmək və Qəzza zolağından İsrailə qarşı hər hansı təhlükənin qarşısını almaq” kimi hədəfləri dəyişməyib.

Digər tərəfdən, Netanyahu dünən ölkənin şimalındakı hərbi bazaya baş çəkib.İsraildəki bəzi əsgərlər onların bölməsini ziyarət edən Netanyahu ilə görüşməkdən imtina ediblər

Məğrur,

Sitat.info



Xəbər xətti