ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq edib: Həm də Navalniya görə...

16:09 23 Fevral 2024

 ABŞ Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsi və rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq edir.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya vəhşicəsinə hücumunun iki illiyi öncəsi verdiyi bəyanatda deyilir.

Birləşmiş Ştatlar həmçinin Rusiya hərbi maşınına gizli dəstək göstərən 100-ə yaxın təşkilata yeni ixrac məhdudiyyətləri tətbiq edir.

"Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, eləcə də Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, təchizat şəbəkələrini və bir çox qitələrdə sanksiyalardan yayınanları hədəf alacaq. Sanksiyalar Putinə xaricdəki təcavüzü və ölkə daxilində repressiyaları üçün daha çox bədəl ödəməyə imkan verəcək".  

O qeyd edib ki, Vaşinqton Rusiyanın enerji resurslarının satışından əldə etdiyi gəlirləri daha da azaltmaq üçün tədbirlər görür.  

Seymur,

Sitat.info



Xəbər xətti