İsrail əsgərləri hərbi bazanı ziyarət edən Netanyahu ilə görüşməkdən imtina ediblər

16:18 23 Fevral 2024

İsraildəki bəzi əsgərlər onların bölməsini ziyarət edən Netanyahu ilə görüşməkdən imtina ediblər. İsrail ordusunun “Alpinist” adlı xüsusi bölməsində  xidmət edən ehtiyatda olan bəzi əsgərlərin dünən bölməyə səfər edən baş nazir Binyamin Netanyahu ilə görüşməkdən imtina etdiyi bildirilib. 
Sitat.info xəbər verir ki, Netanyahu dünən ölkənin şimalındakı hərbi bazaya baş çəkib.

Netanyahunun "Alpinist" adlı xüsusi hərbi hissəyə səfərindən əvvəl əsgərlərə görüşə hazır olmaq göstərişi verilib, lakin bir çox əsgər Netanyahu ilə görüşmək istəməyib.

Bölmə komandirinin seçdiyi iki komanda iclasda iştirak edərkən, İsrail Baş Nazirlik ofisi baza səfəri ilə bağlı verdiyi açıqlamada Netanyahunun İsrailin şimalındakı bölmənin əsgərləri ilə görüşdüyünü əks etdirən görüntüləri yayıb.  

Səid,

Sitat.info



Xəbər xətti