Fransa Ermənistana HHM sistemləri verəcək

19:55 23 Fevral 2024

Fransanın müdafiə naziri Sebastyan Lekornu rəsmi səfərə gəldiyi Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyan və Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündə Fransanın qısa, orta və uzun mənzilli Hava Hücumundan Müdafiə sistemləri verməyə hazır olduğunu açıqlayıb.

Sitat.info xəbər verir Kanal, Ermənistan hökumətinin YouTube səhifəsində canlı yayımlanan görüşdə baş nazir Nikol Paşinyan Fransa ilə müdafiə sahəsində əməkdaşlıq əlaqələrinə toxunub.

Paşinyan bəyan edib ki, Lekornunun səfəri Fransa müdafiə nazirinin ilk səfəri olub və Fransa Ermənistanın müdafiə və təhlükəsizlik sahəsində oriyentasiyalarının şaxələndirilməsi qərarı çərçivəsində müsbət cavab verən ilk ölkələrdən olub.

Kənan

Sitat.info



Xəbər xətti