Bayden Rusiyaya qarşı 500-dən çox yeni sanksiya açıqlayıb

20:25 23 Fevral 2024

ABŞ prezidenti Co Bayden rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq etmək qərarına gəldiklərini açıqlayıb.

Sitat.info xəbər verir ki, Ağ Evin rəsmi saytında verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden Rusiya ilə Ukrayna arasında müharibənin ikinci ili ərəfəsində dərc olunan mesajında Navalnının ölümü ilə əlaqədar Moskvaya qarşı yeni sanksiyalar elan edib.

Bayden bəyan edib ki, Navalnının ölümü və Rusiya-Ukrayna müharibəsinin ikinci ili ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox yeni sanksiya tətbiq olunacaq.

Kənan

Sitat.info



Xəbər xətti