Ukraynadakı lazımsız müharibə bütün dünyanın geosiyasətinin və iqtisadiyyatının yenidən formalaşmasına təsir edən əsas amil olub.
Sitat.info xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının prezidenti Denis Fransis deyib.
"BMT-yə üzv dövlətlər Ukrayna xalqının taleyinə və onların məruz qaldığı dağıntılara göz yummamalıdır. Müharibə təkcə iştirak edən ölkələrə yox, həm də digər ölkələrin inkişafına zərər vurur",- o çağırış edib.
Fevralın 24-də Rusiyanın Ukraynaya hücumunun ikinci ildönümü olduğunu xatırladan Fransis, həmçinin sözügedən hücumun Ukraynanın suverenliyinə xələl gətirdiyini, günahsız mülki əhalinin dəhşətli əzablara məruz qaldığını, BMT Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozduğunu bildirib.
Türkan
Sitat.info