Almaniya Qırmızı dənizə qoşun göndərəcək

21:11 23 Fevral 2024

Almaniya Qırmızı dənizdə ticarət gəmilərinin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqı tərəfindən yaradılmış “Aspides” missiyasına qoşun göndərilməsini təsdiqləyib.

Sitat.info xəbər verir ki, məsələ ilə bağlı parlamentdə keçirilən səsvermədə 538 deputat təklifi təsdiqləyib, 31 deputat əleyhinə səs verib, 4 deputat isə bitərəf qalıb.

Nazirlər Şurasının qəbul etdiyi memoranduma görə, Almaniya bir freqat və təxminən 700 əsgər göndərəcək.

Türkan 

Sitat.info



Xəbər xətti