İsrailin işğal olunan və blokada altında olan Qəzza zolağının şimal bölgələrinə qida və dərman girişini əngəlləməsi bölgədəki 700 mindən çox fələstinlinin həyatını təhlükə altına alıb.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Qəzzada qalan insanların həyatını xilas etmək üçün heç bir hərəkət həyata keçilmir. Amma onlar hələ də dünyada onların iniltilərinə qulaq asacaq birini tapacaqlarına ümidlə yaşayırlar", - bəyanatda deyilir.
Qeyd edək ki, İsrail ordusunun Qəzzaya hücumunun 140-cı günüdür.
Türkan
Sitat.info