ABŞ dövlət katibi Antoni Blinken İsrailin iki həftə ərzində işğal altındakı İordan çayının qərb sahilində 3300-dən çox qeyri-qanuni yaşayış yeri tikmək planına belə cavab verib: "Açığını deyim ki, bu açıqlamadan məyus olduq. Bu yaşayış məntəqələri beynəlxalq standartlara uyğun gəlmir".
Sitat.info xəbər verir ki, ABŞ dövlət katibi Blinken Argentinaya səfəri zamanı həmkarı Diana Mondino ilə birgə mətbuat konfransı keçirərək, Yaxın Şərq gündəmini dəyərləndirib.
Amerikalı nazir İsrail administrasiyasının işğal altındakı İordan çayının qərb sahilinin bəzi bölgələrində 3300-dən çox evin tikintisini təsdiqləyən planını “məyus olduq” sözləri ilə dəyərləndirib.
Seymur Bənnayev
Sitat.info