"Ukrayna pilotsuz təyyarələri 1000 km uça bilir
Bu o deməkdir ki, "quşlar" həm Moskvaya, həm də Sankt-Peterburqa uçacaqlar".
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ukrayna baş nazirinin müavini Mikaylo Fedorov deyib.
O bildirib ki, Ukrayna uzaqmənzilli silahlara malikdir və Moskvanın mərkəzini vura bilərlər:
"Ukrayna pilotsuz təyyarələri müharibənin ikinci ilində əsl sıçrayış etdi və hətta Kremlə də çatdı. Bu, diktator Vladimir Putinə bir siqnal idi ki, Ukrayna Moskvanın tam ürəyinə zərbə endirmək qabiliyyətinə malikdi".
“The Times” nəşri yazır ki, Kremlə edilən hücum əsasən simvolik xarakter daşıyırdı, lakin il boyu Ukrayna pilotsuz təyyarələri Rusiyanın yüzlərlə kilometr uzaqlıqdakı hərbi obyektlərinə zərbələr endirib. Son həftələr Ukrayna enerji obyektlərinə bir sıra dron hücumları həyata keçirib. Hücumlar cəbhə xəttində işğalçıların yanacaq təchizatını pozmaq məqsədi daşıyır.
Məğrur,
Sitat.info