Bayden Makronla Ukrayna və Fələstini müzakirə etdi

12:12 24 Fevral 2024

ABŞ prezidenti Cozef Bayden fevralın 23-də Fransa prezidenti Emmanuel Makronla danışıb.

Sitat.info xəbər verir ki. bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Liderlər bir sıra ikitərəfli və qlobal məsələləri, o cümlədən Rusiyanın sabitliyi pozan hərəkətlərini, işğalın iki illiyi ərəfəsində Ukraynaya dəstəyi və Kiyevə maliyyə yardımını müzakirə ediblər. Onlar həmçinin Yaxın Şərqdəki hadisələrlə bağlı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.



Xəbər xətti