İsrail ordusu Qəzzadan təxliyə planını təqdim etdi

09:58 26 Fevral 2024

İsrail Müdafiə Qüvvələri ölkənin hərbi-siyasi kabinetinə Qəzza zolağındakı döyüş bölgələrindən əhalinin təxliyəsi planını təqdim edib.

Sitat.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib.

“Hərbi-siyasi kabinetin iclasında Qəzzadakı döyüş bölgələrindən əhalinin təxliyəsi və gələcək əməliyyat planları təqdim edilib. Həmçinin əhaliyə humanitar yardımın çatdırılması planı da təsdiqlənib”, - məlumatda deyilir.



Xəbər xətti