İsrail ordusu məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın “təxliyə” və hücum planını Hərbi Nazirlər Kabinetinə təqdim edib.
Sitat.info xəbər verir ki, Baş nazirliyin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, İsrail ordusunun dünən gecə planı Hərbi Kabinetinə təqdim etdiyi bildirilib.
Açıqlamada deyilir: "İsrail ordusu Qəzza zolağında münaqişə bölgələrindən insanların təxliyyə edilməsini və qarşıdan gələn əməliyyat planını Hərbi Nazirlər Kabinetinə təqdim edib".
Seymur Bənnayev
Sitat.info