Fransanın Azərbaycandakı səfirliyi Xocalıda baş verən faciəvi hadisələrin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Sitat.info xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik X hesabında paylaşım edib.
“Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının kədərinə şərikik. Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasına çalışmaq lazımdır”, - paylaşımda qeyd edilib.