Qəzzada öldürülənlərin sayı 30 minə yaxınlaşıb

13:36 26 Fevral 2024

İsrail ordusunun blokada altında olan, xalqın ac-susuz qalmaq məcburiyyətində olduğu Qəzza zolağına həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 90 nəfər artaraq 29 min 782-yə çatıb.

Sitat.info xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 143 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağında son 24 saatda 10 ailəyə qarşı həyata keçirdiyi qırğın nəticəsində 90 nəfərin öldüyü, 164 nəfərin yaralandığı bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti