Almaniya hakimiyyəti Ukrayna üçün artilleriya mərmilərinin alınması ilə bağlı Hindistanla gizli danışıqlar aparır.
Sitat.info xəbər verir ki, bu barədə “Der Spigel” nəşri mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, bu məsələnin müzakirəsi pərdə arxasında gedir, çünki Yeni Dehli Moskva ilə münasibətləri korlamamaq üçün açıq şəkildə silah satmaq istəmir:
“Ümumilikdə Hindistanın Almaniyaya ötürə biləcəyi bir neçə yüz min sursatı var. Bənzər sövdələşmələr böyük sursat ehtiyatına malik ərəb ölkələri ilə də bağlana bilər. Lazımi sursatları Afrika ölkələrində, eləcə də Balkanlarda tapmaq olar”.