Qəzza müharibəsinin başlamasından bəri İsrail ilk dəfə Livanın dərinliklərində Bekaa vadisində yerləşən Baalbek şəhərini hədəf alıb.
Sitat.info xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
İsrail bu şəhərin ətrafında eyni vaxtda iki hava hücumu həyata keçirib. Hücumun hədəfi Hizbullaha məxsus ikimərtəbəli bina və bu qruplaşmanın silah anbarı olub. Hücum nəticəsində azı iki Hizbullah üzvü öldürülüb.
Hələlik bu barədə əlavə təfərrüat açıqlanmayıb. Həmçinin Hizbullah tərəfindən hücuma dair heç bir şərh verilməyib.
Qeyd edək ki, sözügedən şəhər Hizbullahın əsas bazalarından biridir və Suriyanın qonşuluğunda, daha çox Hizbullah və İranla müttəfiq hökumətin nəzarəti altındakı bölgədə yerləşir.