ABŞ-ın köməyi olmasa, çoxlu insanımız öləcək - Zelenski

16:30 26 Fevral 2024

ABŞ-ın köməyi olmasa, Ukrayna çoxlu insan və ərazi itirəcək.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski NBC telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, ABŞ həqiqətən də Ukraynanın qalib gəlməsini istəyir və münaqişə vasitəsilə Rusiyanı zəiflətməyə çalışmır. Ümid edirəm, yoxsa insanlara necə güvənə bilərəm?” - Zelenski bildirib.



Xəbər xətti