"Ukraynada müharibə yaxın gələcəkdə bitməyəcək. Heç bir tərəf öz məqsədlərinə nail ola bilməyəcək".
Sitat.info xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel deyib.
"Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində öz ərazisi üzərində tam nəzarəti bərpa etməyə çalışması məntiqlidir və bu, prinsipcə dəstəklənməlidir" - Pavel vurğulayıb.
Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin yenidən seçildikdən sonra öz məqsədlərinə qismən də olsa nail olmağa çalışacaq.
Söhbət işğal olunmuş rayonlara, xüsusən də Donbass üzərində tam nəzarətdən gedir.
Çexiya prezidenti hesab edir ki, qarşılıqlı müharibə yorğunluğu çox güman ki, Ukrayna və Rusiya arasında danışıqlara gətirib çıxaracaq.
Eyni zamanda Kiyev bəyan edib ki, Rusiya Federasiyası qoşunların Ukrayna ərazilərindən çıxarılması tələbinə əməl etmədiyi üçün Moskva ilə danışıqlar masası arxasına əyləşməyəcək.
Səid,
Sitat.info