Rusiyaya daha bir ŞOK: Bəzi Aİ və NATO ölkələri öz ordusunu Ukraynaya göndərə bilər

17:06 26 Fevral 2024

Bəzi Avropa İttifaqı (Aİ) və NATO ölkələri ikitərəfli razılaşmalar əsasında Ukraynaya hərbi qüvvələrinin yerləşdirilməsi barədə düşünürlər.

Sitat.info Reuters-ə istinadən  xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko deyib.

“Haqqında danışdığımız mövzuların məni narahat etməsinə baxmayaraq, Parisdəki görüşə konstruktiv şəkildə hazır olmaq istəyirəm. Bu tezislərdən belə nəticə çıxır ki, bir qrup NATO və Aİ ölkəsi ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbi qüvvələrini göndərmək barədə düşünür”.

Eyni zamanda, slovak siyasətçi qeyd edib ki, hərbçilərin Ukraynaya göndərilməsi yalnız münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq, Rusiya tərəfindən güzəştlər almağa imkan verməyəcək. O, həmçinin vurğulayıb ki, Slovakiya öz ordusunu göndərməyəcək.

Fiko daha əvvəl demişdi ki, Ukrayna münaqişəsinin mahiyyəti NATO-nu şərqə doğru genişləndirmək üçün Rusiyanı aldatmaqdadır. Onun sözlərinə görə, münaqişənin özü 2014-cü ildə Ukraynada tüğyan edən neonasistlərlə başlayıb. Slovakiyanın baş naziri əlavə edib ki, Rusiya və Ukrayna sülhün bərqərar olması üçün təhlükəsizlik zəmanəti almalıdır, çünki münaqişənin hərbi həlli yoxdur.

Ayna,

Sitat.info



Xəbər xətti