Hindistanın Cammu və Kəşmir bölgəsindəki Kathua qatar stansiyasında maşinistinin əyləci çəkməyi unutması qorxunc hadisəyə səbəb olub. Belə ki, yük qatar Pəncab əyalətinə doğru təxminən 80 kilometr qət edib.
Sitat.info xəbər verir ki, Pəncaba doğru yola düşmək üçün Kathua Dəmiryol Vağzalında gözləyən yük qatarı maşinistsiz hərəkət etməyə başlayıb.
Maşinistin əyləci çəkmədən düşdüyü, Kathuada fasilə verən qatara qısa zamanda sürət yığdığı üçün müdaxilə etmək mümkün olmayıb.
Uççii Bassi Stansiyasının rəsmiləri maşinistsiz təxminən 80 kilometr yol qət edən qatarı relslərə yerləşdirdikləri taxta maneələrlə sürətini azaldıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Səid,
Sitat.info