İsrail ordusu Livanda Hizbullahın hədəflərini vurdu

18:21 26 Fevral 2024

İsrail ordusunun Livanın şərqindəki Baalbek vilayətində bəzi hədəflərə hava hücumu təşkil etdiyi bildirilib.
Sitat.info xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, ordu aviasiyası Livanın daxili bölgələrində Hizbullah hədəflərinə hava zərbəsi endirib.

Livan mediasında yer alan xəbərlərdə İsrailin Baalbekdəki bəzi anbarları vurduğu və hücum nöqtəsində böyük dağıntının yaşandığı bildirilib.

Hücumdan sonra yayımlanan görüntülərdə hədəf alınan anbarların tamamilə dağıdıldığı və ərazidəki bir çox avtomobilin ciddi şəkildə zədələndiyi göstərilir.

Hücumda ölən və yaralananların olduğu da bildirilib. Hizbullah hələlik hücumla bağlı açıqlama verməyib.

İsrail ordusu 8 oktyabr 2023-cü ildən Hizbullah Hərəkatı ilə qarşıdurmalardan sonra ilk dəfədir ki, ölkənin şərq bölgəsində Suriya sərhədində yerləşən Hizbullahın Baalbek vilayətindəki hədəfləri vurur.

Məğrur, 

Sitat.info



Xəbər xətti