Putin Zelenskinin sülh sammiti ilə bağlı açıqlamasını "gülünc" adlandırdı

19:42 26 Fevral 2024

Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya Federasiyasının iştirakını nəzərdə tutmayan sülh planının müzakirəsi qeyri-ciddi və gülüncdür.

Sitat.info xəbər verir ki, bunu Kremldə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Spiker Zelenskinin planını müzakirə etmək üçün sülh danışıqlarının Cenevrə formatını “qəribə” adlandırıb.

"Xeyr, bu mövzuda heç bir əlaqə olmayıb. Anladığımız qədər, söhbət bu qəribə Cenevrə formatından - Zelenskinin sülh planının müzakirəsi üçün konfransdan gedir. Biz dəfələrlə demişik ki, ən azı bu qəribə formatdır. Çünki müəyyən Sülh planı Rusiyanın iştirakı olmadan müzakirə olunur ki, bu da özlüyündə qeyri-ciddi və hətta gülüncdür”, - Peskov bildirib.

Məğrur,

Sitat.info

 



Xəbər xətti