Braziliyadan İsrailə Çağırış

20:48 26 Fevral 2024

Braziliya İsrailin Qəzzaya hücumlarını pisləyib və Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) gördüyü təcili tədbirlərə əməl etməli olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında çıxış edən Braziliyanın İnsan Haqları və Əhali naziri Silvio Almeyda Şuranın irqçilik, cinsiyyətçilik, antisemitizm və anti-müsəlman əhval-ruhiyyəsinə qarşı durmalı olduğunu bildirib.

Ölkəsinin İsrailin 30 minə yaxın fələstinlinin ölümünə səbəb olan "qeyri-mütənasib güc tətbiqini" rədd etdiyini qeyd edən Almedia deyib: "(İsrail) əsasən qadın və uşaq olmaqla Qəzza əhalisinin 80 faizindən çoxunu məcburi köçkün etdi və minlərlə insan yerini tərk etdi. İşıqsız, içməli susuz, ərzaqdan və ilkin humanitar yardımdan məhrum olan mülki vətəndaşlar kifayət qədərdir".

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti