Macarıstan parlamenti uşaq zorakılığı ilə bağlı qalmaqala görə istefa verən Katalin Novakdan sonra Konstitusiya Məhkəməsinin rəhbəri Tamaş Şuyoku ölkənin yeni prezidenti seçib.
Sitat.info xəbər verir ki, seçki parlamentin yaz sessiyasının ilk günündə baş tutub.
67 yaşlı Şuyokun namizədliyi Macarıstan parlamentindəki 199 yerdən 135-nə sahib olan hakim koalisiya tərəfindən irəli sürülüb. Bütün hökumətyönlü deputatlar Sulyokun lehinə səs veriblər. Bununla da o səsvermənin ilk turundan qələbə qazanıb.
Türkan
Sitat.info