Ukraynalıların əlində 5 milyona yaxın qeydiyyatsız silah-sursat var.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko müsahibəsində deyib.
"2022-ci ilin fevralından sonra Ukrayna vətəndaşları döyüş bölgəsindən çoxlu silah-sursat götürüblər. Hazırlanan qanun layihəsinə görə, mülki şəxslər hərbi vəziyyətin başa çatmasından sonra 90 gün ərzində silahları təhvil verməli və ya qeydiyyatdan keçirməlidirlər", - o qeyd edib.
Qanun layihəsinin məqsədi qeydiyyatsız silahların cinayətkarların əlinə keçməməsini təmin etməkdir.
Türkan
Sitat.info