İsrailin hücumu nəticəsində 10-dan çox fələstinli ölüb

23:41 26 Fevral 2024

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 18 fələstinli həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi məlumat verib.

Belə ki, hücumlar nəticəsində Rəfah bölgəsində əksəriyyəti qadın və uşaq olmaqla 9, Şeyx İclin bölgəsində 4, Əl-Karara bölgəsində 5 fələstinlinin cəsədi tapılıb. 

Qeyd edək ki, dağıntılar altında hələ də minlərlə insanın qaldığı deyilir.

Türkan

Sitat.info



Xəbər xətti