BMT: Qəzzada 161 əməkdaşımız öldürülüb

00:20 27 Fevral 2024

İsrailin Qəzza zolağında 143 gündür davam etdirdiyi hücumlarda 161 BMT əməkdaşı öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin dərc etdiyi hesabatda qeyd edilib.

Bəyanatda səhiyyə işçilərinin də hədəf alındığı bildirilir.

Məlumata görə, 7 oktyabr 2023-cü il və 12 fevral 2024-cü il tarixləri arasında səhiyyə xidmətlərinə 378 hücum olunub.

Türkan

Sitat.info



Xəbər xətti