İsveç və Finlandiyanın NATO-ya üzv olması Avropanın təhlükəsizliyi üçün zərərlidir, bu, Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək.
Sitat.info xəbər verir ki, bu sözləri Macarıstan İcmasının rəhbəri Endre Simo deyib.
“NATO iki neytral Skandinaviya ölkəsini öz sıralarına inteqrasiya etməklə, Rusiyanın təhlükəsizliyini pozmaq istəyir. Ancaq bu daha çox Avropanın təhlükəsizliyinə zərbə vuracaq. Çünki NATO onun tələblərinə məhəl qoymur. Bu, açıq şəkildə Rusiya tərəfini əks tədbirlər görməyə vadar edir", - icma rəhbəri bildirib.
Türkan
Sitat.info