İran bütün qlobal nüvə silahı ehtiyatının ləğvini tələb edir. Çünki bu, bəşəriyyət üçün ən böyük təhlükədir.
Sitat.info xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
"İran bütün bəşəriyyət üçün ən böyük texnogen təhlükə olan bütün nüvə silahlarının tamamilə məhv edilməsini tələb edir. Onların ləğvi Xirosima və Naqasaki kimi faciələrin təkrarlanmasının qarşısını almaq üçün yeganə təsirli və etibarlı yoldur", - nazir bildirib.
Onun sözlərinə görə, İran Səddam Hüseyn rejimi və İkinci Dünya Müharibəsindən sonra kütləvi qırğın silahlarının ən böyük qurbanına çevrilib. Buna görə də ölkə məcbur qalmadığı təqdirdə bu silahlardan heç vaxt istifadə etməyəcək.
Seymur
Sitat.info