Rus qoşunları Avdeyevka yaxınlığında yerləşən daha iki yaşayış məntəqəsini işğal edib.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "DeepState" monitorinq layihəsi məlumat verib:
"Yenilənmiş döyüş xəritəsində də qeyd olunur ki, Düşmən Orlovka, Berdiçi və Tonenkoye yaxınlığında irəliləyib. Düşmən Stepnoye və Severnoeni işğal edib".
Xatırladaq ki, noyabrın 10-da rus qoşunları Avdeyevka bölgəsində hücum əməliyyatını həyata keçirib.
Məğrur,
Sitat.info