Çin bu il orbitə rekord sayda kosmik gəmi göndərəcək

10:10 27 Fevral 2024

Çin bu il 100-ə yaxın kosmik gəmi buraxılışı həyata keçirməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

"2024-cü ildə Çinin kosmik sənayesi 100-ə yaxın buraxılışı təmin etməyi planlaşdırır. Bu baxımdan yeni rekord gözlənilir", - CASC-nin hesabatında bildirilib.

Sənəddə qeyd olunur ki, korporasiya 2024-cü ildə 70-ə yaxın buraxılış həyata keçirməyi və orbitə 290-dan çox kosmik gəmi yerləşdirməyi planlaşdırır. Təxminən 30 gəmini isə digər Çin şirkətləri təmin edəcək.

Çin 2023-cü ildə orbitə 67 kosmik gəmi göndərib.



Xəbər xətti