Ukraynadan sonra hədəf bu ölkələrdir!

10:26 27 Fevral 2024

Rusiya lideri Vladimir Putinin ambisiyaları nəhəngdir. Təkcə Baltikyanı ölkələri deyil, Gürcüstanı, Moldovanı da əhatə edir.

Sitat.info xəbər verir ki, bu barədə NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanı Uesli Klark deyib.

O bildirib ki, Moskva çoxdan digər ölkələrin ərazilərinə iştahını nümayiş etdirir:

“Moldova, yaxud Baltikyanı ölkələr – Estoniya, Latviya, Litva. Ya da Polşa, Gürcüstan... Moskva rusların əcnəbi torpaqları zəbt etmək üçün köhnə, bir neçə əsrlik iştahını nümayiş etdirir", - Klark bildirib.

General vurğulayıb ki, Rusiya hazırda imkanların onun tərəfində olduğuna əmindir.

Klarkın fikrincə, dünyanın və Ukraynanın əsas vəzifəsi Putinə qalib olduğunu yox, uduzduğunu göstərməkdir.



Xəbər xətti