Buça qətliamından sonra Qərb ölkələri tərəfindən “müharibə cinayətləri” törətməkdə ittiham olunan Rusiya lideri Vladimir Putin “Vostochni” Kosmik Bazasına səfəri zamanı növbəti dəfə Qərbi qorxudub.
SİTAT.İNFO xəbər verir ki, İstanbulda keçirilən sülh konfransında Ukraynanın razılaşmalardan kənara çıxdığını əsas gətirən Rusiya lideri danışıqların “dalana dirəndiyini” bildirib.
Buça şəhərində dinc əhalinin öldürülməsini “saxta” sözü ilə ifadə edən Putin, onların Ukraynanı işğal etməkdən başqa çarələrinin olmadığını iddia edib.
Donbasdakı rusiyapərəst separatçıların heç bir sübut göstərmədən 'soyqırıma' məruz qaldığı iddiasını təkrarlayan Putin, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalarla Rusiyanı təcrid edə bilməyəcəyini deyib.
Qərbdə neft və ərzaq qiymətlərinin artmasının, bu ölkələrin siyasətçilərinə təzyiq göstərəcəyini bildirən Putin ölkəsinin Ukraynadakı işğalı “sakit şəkildə” davam etdirəcəyini və itkilərini minimuma endirəcəyini vurğulayıb.
Avropadakı sevimli müttəfiqi Belarus lideri Aleksandr Lukaşenko ilə Amur vilayətindəki kosmodromda poz verən Putin vertolyotla səyahət edərkən nüvə çantasını yenə yanında saxlayıb.
Nərgiz,
SİTAT.İNFO