Müharibənin proqnozlaşdırılması nankor bir işdir. Amma hər şeyi etmişik və edirik ki, belə bir təhlükə olmasın və gördüyünüz kimi, müəyyən dərəcədə uğur qazanırıq.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan əsirlərin qaytarılması məsələsi ilə bağlı danışıqları davam etdirir:
“Hazırda Qarabağın keçmiş “rəhbərlərini” saysaq, Azərbaycanda 25-ə yaxın təsdiqlənmiş əsir var, bu istiqamətdə danışıqlar davam edir”, - o bildirib.