İsrail ordusunun blokada altında olan, xalqın ac və susuz qalmaq məcburiyyətində olduğu Qəzza zolağına həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 96 nəfər artaraq 29 min 878-ə çatıb.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi yazılı açıqlamada İsrailin 144 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağında son 24 saat ərzində həyata keçirdiyi 11 qırğın nəticəsində 96 nəfərin öldüyü, 172 nəfərin yaralandığı bildirilib.
Kənan
Sitat.info