Ukraynaya hərbi qüvvə göndərmək planı... - Stoltenberq

18:00 27 Fevral 2024

NATO-nun Ukraynaya hərbi qüvvə göndərmək planı yoxdur.

Sitat.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra fəaliyyətimizi gücləndirdik. Lakin NATO qoşunlarının Ukraynada yerləşdirilməsi planı yoxdur”, - Stoltenberq bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini demişdi.



Xəbər xətti