Bakıdan Berlinə reyslər bərpa olunur

11:16 13 Aprel 2022

“Azərbaycan Hava Yolları" aviaşirkəti mayın 29-dan etibarən Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa edir. 

Şirkətin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək.

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Almaniyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub: https://www.azal.az/az/information/covid-germany.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan. 



Xəbər xətti