İsrail əsgərləri Beytləhmdə bir fələstinlini öldürüb

19:53 27 Fevral 2024

Fələstin Səhiyyə Nazirliyi işğal altındakı İordan çayının qərb sahilində Beytləhm şəhəri ətrafında İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli gəncin öldüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada deyilir: "İşğalçı dövlətin (İsrail) əsgərlərinin Beytləhm ətrafındakı Mezmuriya hərbi nəzarət məntəqəsində atəş açması nəticəsində 34 yaşlı Nizar Mahmud Həsasə şəhid olub".

Fələstin Qırmızı Aypara Cəmiyyəti: "Qruplarımız Mezmuriya keçid məntəqəsində işğalçı qüvvələrdən aldıqları şəhidin cənazəsini Beytləhmdəki Əl-Hüseyn Xəstəxanasına təhvil verdilər", - deyə açıqlama verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti