Qəzzada xəstəxanalar xidməti dayandırır

19:59 27 Fevral 2024

Qəzza zolağının şimalındakı Cibaliya şəhərində yerləşən Avde xəstəxanasının tibbi ləvazimat, dərman və yanacaq çatışmazlığı səbəbindən xidmətdən çıxa biləcəyi xəbərdarlığı edilib.

Sitat.info xəbər verir ki, xəstəxana rəsmilərindən Həkim Məhəmməd Salihə mətbuat konfransında şimaldakı bütün xəstəxanaların xidmətdən çıxdığını xatırladaraq deyib: “Avde xəstəxanası xidmətdən çıxsa, bölgə sakinləri əsas sağlamlıq xidmətlərindən tamamilə məhrum olacaqlar".

Təcili yardım xidmətləri, ginekoloji klinikalar, eləcə də əməliyyat otaqları, radiologiya və laboratoriya xidmətlərinin əlçatmaz hala gəldiyini bildirən Məhəmməd, bu xidmətlərin tamamilə dayana biləcəyini vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti