Qətər: Qəzzada atəşkəslə bağlı hələlik razılaşma yoxdur

20:02 27 Fevral 2024

Qətər Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı İsrail və Fələstin qrupları arasında elan edilə biləcək razılaşmanın mövcudluğunu təkzib edib.

Sitat.info xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari keçirdiyi mətbuat konfransında atəşkəs və əsir mübadiləsi ilə bağlı davam edən danışıqların indiyədək konkret nəticə vermədiyini bildirib.

Ən qısa zamanda razılaşma ilə nəticələnəcək inkişafdan ümidli olduqlarını ifadə edən Ənsari deyib: "Ramazan ayında atəşkəsə nail olmağa çalışırıq. Bu dövrdə bəzi yəhudi bayramları da sual altındadır, ona görə də bütün tərəfləri atəşkəsə dəvət edirik".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti