Polşada minlərlə fermer Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətinə və Ukraynadan ucuz taxıl və ərzaq məhsullarının idxalına etiraz edib.
Sitat.info xəbər verir ki, paytaxt Varşavada minlərlə fermer kənd təsərrüfatı siyasətləri səbəbiylə yaşadıqları problemlərə diqqət çəkmək üçün nümayiş keçirib.
Fermerlər baş nazir Donald Tuskun ofisinə qədər piyada gedərək müxtəlif şüarlar səsləndiriblər.
Ukraynadan gələn taxıl və ərzaq məhsullarının daxili bazarda dəyərini aşağı saldığını bildirən fermerlər bu məhsulların idxalının dayandırılmasını tələb ediblər.
Seymur Bənnayev
Sitat.info