Borrell: HƏMAS İsrailin siyasəti sayəsində güclənib

20:10 27 Fevral 2024

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, İsrail öz siyasətləri ilə HƏMAS-ın yaranmasına və inkişafına şərait yaradıb.

Sitat.info xəbər verir ki, Borrell İspaniyanın paytaxtı Madriddə "Next Educacion" Universitetində qatıldığı forumdakı çıxışında İsrailə qarşı tənqidlərini davam etdirib.

“Mən demirəm ki, İsrail çeklər göndərməklə HƏMAS-ı maliyyələşdirir, lakin bu, HƏMAS-ın inkişafına şərait yaradıb”, - deyən Borrell, son həftələrdə dilə gətirdiyi “Həması quran və maliyyələşdirən İsraildir” iddiasını təkrarlayıb.

Kənan

Sitat.info



Xəbər xətti