İsrailin həyata keçirdiyi hücumlar nəticəsində humanitar yardımların ölkəyə daxil olması çətinləşən Qəzzanın şimalındakı Beyt Lahiyada 2 körpə aclıqdan ölüb.
Sitat.info xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda qida çatışmazlığı və susuzluq səbəbiylə həyati təhlükəsi olan çox sayda körpənin Beyt Lahiyadakı Kemal Advan Xəstəxanasına gətirildiyi açıqlanıb.
Nazirlik əziyyət çəkən insanların müayinə və müalicəsi eləcə də humanitar fəlakətin qarşısının alınması üçün sığınacaqlarda hərtərəfli tibbi xidmət göstərilməsi və sərhədlərin açılması üçün çağırış edib.
Türkan
Sitat.info