BMT: Yanvarın 23-dən bəri yardım karvanları Qəzzanın şimalına çata bilmir

22:55 27 Fevral 2024

BMT yanvarın 23-dən bəri humanitar yardım karvanlarının Qəzzanın şimalına çata bilmədiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında açıqlama verib.

BMT-nin Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarinin Qəzzaya yardımda ciddi azalma olduğu xəbərdarlığını xatırladan Dujarrik deyib: "BMT (humanitar yardım) sisteminin Qəzzaya daha çox giriş nöqtəsinə ehtiyacı var. Sərhəd məntəqələrində nəqliyyat marşrutlarını və yardım keçidini sürətləndirməyə ehtiyac var".

Kənan

Sitat.info



Xəbər xətti