Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus İsraili Qəzzaya humanitar yardım missiyalarının davamlı, təhlükəsiz və layiqli şəkildə keçməsinə icazə verməyə çağırıb.
Sitat.info xəbər verir ki, Ghebreyesus Ümumdünya Səhiyyə Təşkilatı, BMT və Fələstin Qızıl Aypara qruplarının Qəzzanın cənubundakı Xan Yunis bölgəsində mühasirədə olan Amal xəstəxanasına çatdığını və oradakı 24 xəstəni başqa xəstəxanaya köçürdüyünü bildirib.
"Amal Xəstəxanası 22 Yanvar - 22 Fevral tarixləri arasında 40 hücuma məruz qalıb, hücumlar 25 nəfərin ölümünə səbəb olub və xəstəxana yararsız hala salınıb. 31 xəstə hələ də xəstəxanadadır".
Seymur Bənnayev
Sitat.info