Burkina Fasoda məscidə hücum nəticəsində 14 nəfər ölüb

23:52 27 Fevral 2024

Burkina-Fasonun şərqində məscidə hücum nəticəsində 14 nəfər həyatını itirib.

Sitat.info xəbər verir ki, Burkina Faso İslam Dərnəkləri Federasiyasından verilən açıqlamada fevralın 25-də Natiaboani şəhərindəki məscidə naməlum silahlı şəxslərin hücumuna məruz qaldığı açıqlanıb.

Hücumda imam da daxil olmaqla 14 nəfər ölüb.

Kənan

Sitat.info



Xəbər xətti