Xəbər verdiyimiz kimi bu gün Ukrayna Silahlı Qüvvələri iki Rusiya hərbi təyyarəsini məhv edib.
“Sitat.info” xəbər verir ki, vurulan təyyarələrdən birinin peyk görüntüləri yayılıb.
Fotoları “Azadlıq” radiosunun rus xidməti dərc edib. Vurulan "A-50" təyyarə Rusiya Federasiyasının Krasnodar diyarının Trudovaya ərazisinə düşüb.
Yayılan görüntülərdə yanğının izləri görünür. Yanğının təqribən 4500 kvadratmetr ərazini əhatə etdiyi məlum olub.
Rusiyanın digər "Su-34" qırıcı-bombardmançı təyyarəsi isə şərq istiqamətində məhv edilib.
Xatırladaq ki, Ukrayna təyyarənin vurulduğunu elan edib. Lakin Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
Ayna,
Sitat.info