Co Bayden: Mən sionistəm!

23:53 27 Fevral 2024

ABŞ prezidenti Co Bayden: "Sionist olmaq üçün yəhudi olmaq lazım deyil. Mən sionistəm. İsrail olmasaydı, dünyada bir yəhudi belə təhlükəsiz olmazdı", - deyib.

Sitat.info xəbər verir ki, NBC kanalının  "Late Night With Seth Meyers" proqramına qatılan Bayden, İsrailin özləri və fələstinlilər üçün sülh əldə etmək fürsətindən istifadə etməli olduğuna diqqət çəkərək deyibb "Sionist olmaq üçün yəhudi olmaq lazım deyil. Mən sionistəm. İsrail olmasaydı, dünyada bir dənə də olsun yəhudi təhlükəsiz olmazdı".

Müvəqqəti atəşkəsin əldə edilə biləcəyini ifadə edən Bayden, fərqli istiqamətdə irəliləyiş əldə edilə biləcəyini və belə bir vəziyyətdə İsrailin təhlükəsizliyini və Fələstinlilərin müstəqilliyini təmin edəcək iki dövlətli həll yoluna gəlinə biləcəyini ifadə edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti