Bütün Türkiyə bu görüntülərdən danışır: Ukraynalı qaçqınlar belə təşəkkkür etdi FOTO

11:10 13 Aprel 2022

Rusiyanın Ukraynaya 24 fevraldan başlayan hücumları davam edir. Birləşmiş Millətlər Təşkilatının rəqəmlərinə görə, bu günə qədər müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan ukraynalıların sayı 10 milyona çatıb.

SİTAT.İNFO xəbər verir ki, ölkələrini tərk etmək məcburiyyətində qalan ukraynalılar bir çox ölkələrə, xüsusən də Polşa və Rumıniyaya sığınırlar. Ukraynalıların sığındığı ölkələrdən biri də Türkiyədir. Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Türkiyəyə sığınan ukraynalı qaçqınların sayı təxminən 60 minə çatıb. Daxili işlər naziri Süleyman Soylu Türkiyəyə gələn ukraynalıların 30 minə yaxınının ölkəmizə quru uolu, 900-ə yaxınının isə üçüncü ölkələr vasitəsilə hava yolu ilə daxil olduğunu açıqlayıb.

Ölkələrindəki müharibə mühitindən qaçan ukraynalılar bir tərəfdən təhlükəsiz ölkə olaraq gördükləri Türkiyənin müxtəlif bölgələrində yaşadıqları qorxu və kədəri sovuşdurmağa çalışır, digər tərəfdən də yaşadıqları işğalı  bütün dünyaya elan etmək istəyirlər.

Türkiyəyə sığınan  ukraynalıların sosial mediadakı son paylaşımı türk xalqını mütəəssir edib.  Türkiyəyə və türk xalqına göstərdikləri qonaqpərvərliyə görə təşəkkür etmək istəyən ukraynalı qaçqınlar Antalyada zibilləri yığıblar. Ukraynalı qaçqın bir qiz bu görüntüləri sosial şəbəkədə  “Türkiyəyə və türk xalqına qonaqpərvərliyinə görə təşəkkür etmək istəyirik” qeydi ilə paylaşıb. 

O qeyd edib ki, Ukrayna xalqı adından Türkiyəyə təşəkkür edirəm. Əgər biz Ukrayna vətəndaşı hansısa narahatlıq veririksə, problem yaradırıqsa, buna görə üzr istəyirik. 

Safura, 

SİTAT.İNFO


 



Xəbər xətti